logo

Paytaxtda qızıl mağazasından oğurluq edən saxlanılıb

14:44 27-04-2024 | icon 595
Paytaxtda qızıl mağazasından oğurluq edən saxlanılıb

Səbail rayonunda qızıl satılan mağazalardan birindən oğurluq edilib. Zərərçəkən işlədiyi piştaxtaya alıcı kimi yaxınlaşan şəxsin 1600 manat dəyərində boyunbağı oğurladığı barədə polisə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənYeniAvropa-ya verilən məlumata görə, rayon polis idarəsinin 9-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törədən Emin Quliyev saxlanılıb.

Saxlanılan şəxsin digər oxşar əməllərdə iştirakının olub-olmaması araşdırılır. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.