Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi.
YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimində çıxışı zamanı deyib.
O xatırladıb ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alaraq əks-həmlə əməliyyatı keçirdi: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı prezident İlham Əliyevin rəhbərliyi altında aparılmış 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının tam Qələbəsi və ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatdı. Azərbaycan Respublikasının prezidenti, Rusiya Federasiyasının prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən atəşkəs rejiminə nail olundu və 30 ilə yaxın davam edən münaqişəyə son qoyuldu. Türkiyə Respublikası və Rusiya Federasiyası arasında 2020-ci il noyabrın 11-də imzalanmış memoranduma əsasən yaradılmış Birgə Monitorinq Mərkəzi üç ildən artıq müddət ərzində sülhün təmin olunmasına öz töhfəsini verdi. Birgə fəaliyyət nəticəsində Mərkəz öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi”.
K.Vəliyev bildirib ki, Birgə Monitorinq Mərkəzi Qarabağ iqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəməyib. “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu üzərində tam nəzarətinin bərqərar olunması məqsədilə ötən il sentyabrda keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tamamilə çıxarıldı. Bu səbəbdən Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir. Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin də ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılıb. Regionda sülhün və sabitliyin rifahı naminə vicdanlı və cəsarətli xidmətlərinə görə Türkiyə və Rusiya hərbi qulluqçularına xüsusi təşəkkürümü bildirir və onlara gələcək xidməti döyüş fəaliyyətlərində uğurlar arzulayıram”, - deyə K.Vəliyev bildirib.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib