Macarıstan şirkətləri Qarabağın yenidən qurulmasında və bərpasında iştirak etməkdə maraqlıdır. Bu ilin noyabrına qədər Macarıstan şirkətlərinin iştirak edə biləcəyi sektorlar müəyyənləşəcək.
YeniAvropa xəbər verir ki, bunu Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri Peter Siyarto Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında bildirib.
Macar nazir qeyd edib ki, gələn ilin sonuna qədər Macarıstan şirkətləri bölgənin rekonstruksiyasına töhfə verməyə başlayacaq.