ABŞ hökuməti Gürcüstana sərhədlərin təhlükəsizliyinin müdafiəsinin gücləndirilməsi məqsədilə hərbi-texniki yardım edib.
YeniAvropa xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.
Tbilisiyə çatdırılan hərbi-texniki avadanlığın ümumi məbləği 13 milyon dollardır. Müasir avadanlıq sərhəd nəzarətini gücləndirməyə, qeyri-qanuni ticarətin və sərhədlərin pozulması hallarının qarşısını almağa kömək təşkil edəcək.