logo

Qırğızıstan prezidenti  Azərbaycana rəsmi səfərə gəlib

11:14 24-04-2024 | icon 441
Qırğızıstan prezidenti  Azərbaycana rəsmi səfərə gəlib

Qırğız Respublikasının prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycana dövlət səfərinə gəlib.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının prezidenti Sadır Japarovu Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.