Azərbaycanın gənc cüdoçuları İtaliyanın Liqnano şəhərində keçirilmiş Avropa Kubokunda 2 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.
YeniAvropa xəbər verir ki, milli komanda medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Yarışın ikinci günündə Əjdər Bağırov (100 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Süleyman Şükürov (81 kiloqram) gümüş, Nihad Şıxəlizadə (100 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, daha əvvəl Nizami İmranov (60 kiloqram) qızıl, Məhəmməd Musayev (66 kiloqram) isə bürünc mükafata layiq görülüb.