Avropa İtiifaqı Bakı ilə İrəvanın arasını qızışdırır?-Rusiya XİN-dən açıqlama
Bu yaxınlarda Kanada təmsilçisinin də daxil edilməsi hesabına genişləndirilən Aİ-nin Ermənistandakı müşahidə missiyası Cənubi Qafqaza heç bir fayda gətirmir, əksinə, Rusiyanın cənub sərhədlərində kollektiv Qərbin maraqlarına uyğun olaraq regional sabitliyin pozulmasına şərait yaradır.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O deyib: “Avropa İttifaqının mövcudluğunun insidentlərin qarşısının alınması baxımından tam səmərəsiz olduğunu qeyd edərək, biz hər gün daha çox əmin oluruq ki, Avropa İttifaqının Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına müsbət töhfəsi yoxdur. Əksinə, Aİ nümayəndələri müxtəlif növ təxribatlarla, kəşfiyyat fəaliyyəti ilə, təbliğatla məşğuldurlar”.
Diplomatın sözlərinə görə, bu, qanunauyğun olaraq, region ölkələri tərəfindən qəbul olunmur, onların ortaq rəyi ondan ibarətdir ki, ortaya çıxan hər hansı məsələ Cənubi Qafqaz daxilində, kənardan destruktiv müdaxilə olmadan burada yerləşən bütün ölkələrin maraqları naminə həll edilməlidir.
Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib: “Anlaşılan odur ki, Ottavanın Aİ missiyasına qoşulması məsələsi artıq praktiki müstəviyə keçib, bu yaxınlarda Ermənistana Kanadadan qondarma ekspert gəlib. Belə bir həll yolunun hansı əlavə dəyərə malik olduğu və Ermənistanda ona nə dərəcədə tələbat duyulduğu aydın deyil”.
Mariya Zaxarovanın fikrincə, çox güman ki, söhbət NATO qüvvələrinin bölgəyə sürüklənməsindən gedir. O vurğulayıb ki, Cənubi Qafqazda NATO-nun təmsil etdiyi xarici aktorların səylərinin nəticəsi istər-istəməz regionda etimadın azalması və silahlı qarşıdurmanın genişlənməsi olacaq.
Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib: “Aİ və NATO tərəfindən qarşıya Ermənistan-Azərbaycan nizamlanmasına real köməklik göstərilməsi məqsədi qoyulmayıb. Qərb Cənubi Qafqazı silahlandırmağa davam edir, onu geosiyasi rəqabətin növbəti arenasına çevirir, mahiyyət etibarilə, yaxın vaxtlarda regionun dinc inkişafı vəzifələrinin yerinə yetirilməsinə son qoyur”.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib