Aprelin 19-da Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı ilə Ukrayna-NATO Şurasının növbəti iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Çexiya, Danimarka və Niderlandın baş nazirləri ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
“İlk növbədə, prezident Zelenski Ukrayna-NATO Şurası iclasının keçirilməsini istəyib. Biz aprelin 19-da iclas çağıracağıq. Bu, prezident Zelenski ilə, daha sonra müdafiə nazirləri ilə görüş olacaq. Ukraynaya daha çox dəstəyə təcili ehtiyac var”, - deyə Stoltenberq qeyd edib.
NATO-nun baş katib bildirib ki, iclasda Ukraynaya hava hücumundan müdafiə və artilleriya mərmilərinin yardımı məsələsi müzakirə ediləcək.