logo

Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir

14:44 17-04-2024 | icon 1918
Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir

Bu gün Bakı Ekspo Mərkəzində "Made in BRICS & SCO" beynəlxalq sərginin açılışı olub.

YeniAvropa xəbər verir ki, 3 gün davam edəcək sərgidə  BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatına və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrin, eləcə də bu təşkilatlara qoşulmağı planlaşdıran dövlətlərin müxtəlif mal və xidmətlərinin istehsalçıları və təchizatçıları iştirak edirlər.

Açılışda Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin, Rusiyanın Azərbaycandakı səfirliyinin, Rusiya-Azərbaycan Ticarət Palatasının nümayəndələri iştirak ediblər.

Sərginin təşkilatçıları Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş "EXPO Club Plus" və "Rusiya Ekspo Klubu"dur.