logo

Teleaparıcı Aytən Səfərovanın düşdüyü avtoqəzada ölən var

12:32 17-04-2024 | icon 2919
Teleaparıcı Aytən Səfərovanın düşdüyü avtoqəzada ölən var

 

Aprelin 17-də səhər saat 06.50 radələrində paytaxtın Xətai rayonunda, 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə "Xəzər TV"nin aparıcısı Aytən Səfərovanın (Piriyeva) idarə etdiyi avtomobil toqquşub.

YeniAvropa xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən(TƏBİB) verilən  məlumata görə, telejurnalist Aytən Səfərova  müayinə üçün  Kliniki Tibbi Mərkəzə yerləşdirilib.