logo

Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub

12:12 17-04-2024 | icon 1533
Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub

Kanadada şahmat üzrə İddiaçılar Turnirində istirahət günü məşqçi-köməkçilər arasında rapid turniri keçirilib.

Azərbaycan Şahmat Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, yarışda azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarov da iştirak edib. O, blitsdə olduğu kimi, rapid yarışında da qalib adını qazanıb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov Torontoya Azərbaycan təmsilçisi Nicat Abasovun sekundant-məşqçisi qismində yollanıb.