Bu ilin yanvar-mart aylarında Azərbaycandan İtaliyaya ixracın həcmi 33,24 faiz olub.
Dövlət Gömrük Komitəsindən (DGK) YeniAvropa-ya bildirilib ki, qeyd olunan dövrdə Azərbaycandan İtaliyaya 1 milyon 930 min 858,25 ton neft ixrac edilib.
Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələrin siyahısında İsrail ikinci yerdə qərarlaşıb. Cari ilin birinci rübündə 621 083,92 min dollar dəyərində 1 milyon 21 min 917,3 ton neft ixrac edilib.
Siyahıda üçüncü yeri Hindistan tutur. Qeyd olunan dövrdə bu ölkəyə 454 380,81 min dollarlıq 712 min 883,74 ton neft ixrac edilib.