logo

Bakı bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

18:18 16-04-2024 | icon 2317
Bakı bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

Aprelin 19-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku start götürəcək.

YeniAvropa Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki,3 gün davam edəcək turnirdə 42 ölkədən idmançıların iştirakı gözlənilir. 

Yarışlarda Azərbaycanı təmsil edəcək idmançılar artıq müəyyənləşib.Fərdi proqramda Zöhrə Ağamirova qüvvəsini sınayacaq.

Qrup hərəkətləri proqramında isə Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət komanda bacarığını nümayiş etdirəcək.

 Yarışların yekununda ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.