logo

Fərhad Adıgözəlov Dövlət Reklam Agentliyinin sədri təyin edilib

15:15 16-04-2024 | icon 511
Fərhad Adıgözəlov Dövlət Reklam Agentliyinin sədri təyin edilib

Prezident İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinin təyin edilsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilsin".

Prezidentin imzaladığı digər bir sərəncamla isə Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.