logo

İlham Əliyev Slovakiyanın yeni prezidentini təbrik edib

13:31 15-04-2024 | icon 756
İlham Əliyev Slovakiyanın yeni prezidentini təbrik edib

Prezident İlham Əliyev aprelin 15-də Slovakiya Respublikasının prezidenti Peter Pelleqriniyə təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab Pelleqrini,

Slovakiya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Slovakiya ilə dostluq əlaqələrimizin inkişafı bizim üçün böyük önəm kəsb edir. Hazırda Azərbaycan-Slovakiya əməkdaşlığının müxtəlif sahələrdə yeni məzmunla zənginləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Keçən ildən ölkəmizin Bratislavada fəaliyyətə başlamış Səfirliyinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə töhfə verəcəyinə inanıram.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Slovakiya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".