Azərbaycan ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında fəxri qonaq qismində təmsil olunur.
YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.
O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şuranın Özbəkistanda keçirilən Strateji Dialoq Toplantısında fəxri qonaq qismində iştirak edir.
"Ölkələrimiz arasında çox işlər görülüb və bundan sonra da görüləcək",- XİN rəsmisi vurğulayıb.