Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
YeniAvropa-ya bildirilib ki, yığma ikinci turda doğma meydanda İsveçrəni qəbul edəcək. “Liv Bona Dea Arena”da oynanılacaq görüş saat 16:00-da start götürəcək.
Qeyd edək ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda qrupun ilk matçında səfərdə Macarıstanla 1:1 hesablı heç-heçə edib.