logo

25 mindən artıq bakalavr magistratura qəbul üçün ərizə verib

09:29 09-04-2024 | icon 4711
25 mindən artıq bakalavr magistratura qəbul üçün ərizə verib

8 aprel saat 23:59-da magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılıb.

 25328 bakalavr (Azərbaycan bölməsi - 23402; rus bölməsi - 1926) ərizəsini təsdiq edib.

Xatırladaq ki, ərizə qəbulu martın 28-də başlanıb .