Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri start götürüb.
YeniAvropa xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.
Bu gün Azərbaycanın 4 idmançısı mübarizə aparacaq. Nihat Məmmədli (60 kiloqram), İslam Abbasov (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) mübarizəyə 1/8 finaldan başlayacaqlar.
N.Məmmədli ukraynalı Aleksey Masiklə, İ.Abbasov danimarkalı Turpal Bisultanovla, M.Əhmədiyev isveçli Aleksandar Styepanetiçlə (İsveç) qarşılaşacaq. Yarışa təsnifat mərhələsindən qoşulacaq Beka Kandelakinin (130 kiloqram) rəqibi isə norveçli Oskar Marvik olacaq.
Qeyd edək ki, hər çəkidə finala çıxan güləşçilər “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.