logo

Üç paracüdoçumuz “Paris-2024” lisenziya turnirində iştirak edəcək

10:50 01-04-2024 | icon 1435
Üç paracüdoçumuz “Paris-2024” lisenziya turnirində iştirak edəcək

Azərbaycanın üç paracüdoçusu Türkiyənin Antalya şəhərində keçiriləcək Qran-Pridə iştirak edəcək.

Azərbaycan Milli Paralimpiya Komitəsindən YeniAvropa-ya verilən məlumata görə, Vüqar Şirinli (60 kiloqram) J2 kateqoriyasında, Zakir Mislimov (90 kiloqramda) və Xatirə İsmiyeva (+70 kiloqram) isə J1 kateqoriyasında mübarizə aparacaq.

Qeyd edək ki, yarış “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.