logo

Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunları keçiriləcək

14:14 29-03-2024 | icon 1092
Azərbaycan Kuboku: 1/2 finalın cavab oyunları keçiriləcək

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

YeniAvropa Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, hər iki görüş aprelin 24-də baş tutacaq.

Günün ilk matçında “Qəbələ” eyniadlı şəhər stadionunda “Zirə”ni qəbul edəcək. Qarşılaşma saat 17:00-da start götürəcək.

Digər oyunda isə “Neftçi” “Qarabağ”ın qonağı olacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.