Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da baş verən terror aktında xəsarət alanların sayı 551 nəfərə çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl xəsarət alanların sayı 382 nəfər idi.
Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki “Crocus City Hall”da terror aktı baş verib. Hadisə nəticəsində 143 nəfər ölüb. Rusiya prezidenti Vladimir Putin sifarişçilərin və icraçıların tapılaraq cəzalandırılacağını bildirib.
İŞİD terror hadisəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürüb.