Ucar rayonunun Əlikənd kəndində məktəb binası yanıb.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 m² sahədə və 1 ədəd taxta qapı qismən yanıb.
Yanğın söndürülüb.