logo

BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir

09:55 28-03-2024 | icon 2233
BMT-nin dünya xoşbəxtlik hesabatı: Finlandiya 7-ci dəfə birinci yerdədir

Birləşmiş Millətlər Təşkilatının 143 ölkə arasında qiymətləndirmə əsasında müəyyən etdiyi dünya xoşbəxtlik hesabatında Finlandiya yeddinci dəfə birinci olub.

YeniAvropa “BBC”yə istinadla xəbər verir ki, dünya xoşbəxtlik hesabatı bu il ilk dəfə məlumatları yaş qruplarına görə ayırıb. 

Finlandiya ümumi orta göstəricidə birinci olsa da, gənclərin ən xoşbəxt olduğu ölkə Litvadır. 

Hesabata görə dünyanın ən bədbəxt ölkəsi Əfqanıstan olub.

Hesabatda ilk onluqda sonrakı yerləri Danimarka, İslandiya, İsveç, İsrail, Niderland, Norveç, Lüksemburq, İsveçrə və Avstraliya tutub.

Xoşbəxtlik siyahısında keçmiş sovet respublikalarından Litva 19-cu, Estoniya 34-cü, Latviya 46-cı, Özbəkistan 47-ci, Qazaxıstan-49-cu, Moldova-71-ci, Rusiya-72-ci, Qırğızıstan 75-ci, Ermənistan 82-ci, Tacikistan 88-ci, Gürcüstan 91-ci, Azərbaycan 101-ci, Ukrayna 105-ci yerdədir.

Belarus və Türkmənistan isə ümumiyyətlə siyahıda yer almayıb. 

Bundan əlavə, Avropa nəhənglərindən Böyük Britaniya 20-ci,Fransa 22-ci, Almaniya isə siyahıda 24-cü sırada yer alıb. ABŞ  sıyahıda 23-cü, Yaponiya 51-ci , Cin 60-cı yerdədir.  

Neftlə zəngin ölkələrdən Küveyt 13-cü, BƏƏ 22-ci, Uruqvay 26-cı,  Səudiyyə Ərəbistanı 28-ci, Sinqapur 30-cu, Venesuela 79-cu, İndoneziya 80-ci, İraq 92-ci sıradadır.

Xoştbəxtlik sıralamasında Türkiyə-98-ci, İran isə 100-cüdür.