logo

Prezident təyin etdiyi vəzifəli şəxslərə yaş həddi şamil edilmir

14:14 13-03-2024 | icon 1722
Prezident təyin etdiyi vəzifəli şəxslərə yaş həddi şamil edilmir

Azərbaycan prezidenti tərəfindən vergi orqanlarına təyin edilən vəzifəli şəxslərə xidmətdə olması üçün son yaş həddi şamil edilmir.

YeniAvropa xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinini iclasında deyib.

Onun sözlərinə görə, bu qayda digər dövlət qulluğunda işləyənlər üçün də eynidir.  “Prezident tərəfindən təyin edilən vəzifəli şəxslərin istər 65 yaşı olsun, istər 70 yaşı qanunun müvafiq maddəsi ona aid edilmir”,-deyə o, vurğulayıb. 

Qeyd edək ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əlavə olunan yeni maddəyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin xidmətdə olmasının yaş həddi 65 yaşdır.