logo

Bugünkü hərracda 79,4 milyon dollar satılıb

13:31 12-03-2024 | icon 1407
Bugünkü hərracda 79,4 milyon dollar satılıb

Martın 12-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bankdan YeniAvropa-ya bildirilib ki, hərracda tələb 79,4 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.