Cənubi Koreya Azərbaycandan dəmir, aluminium, metal məhsullarının idxalında maraqlıdır.
YeniAvropa xəbər verir ki, bunu Koreya İdxalçılar Assosiasiyasının sədri Kim Byunq Kvan “Cənubi Koreyadan ölkəyə alıcı missiyası” çərçivəsində təşkil edilmiş tədbirdə bildirib.
O qeyd edib ki, Cənubi Koreya ən böyük idxalçı dövlətlərdəndir.
“Azərbaycan məhsulları bu bazara daxil ola bilər. Bu ölkə zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan Cənubi Koreyaya ət və süd məhsulları, qida və içki məhsulları ixrac edə bilər. Bizim bu məhsullara marağımız var. Bununla yanaşı, Azərbaycan şirkətləri ilə əməkdaşlıqda və Azərbaycan məhsullarının Koreyada tanıtımı üçün səfərlərin təşkilində maraqlıyıq", - deyə assosiasiya sədri vurğulayıb.
Koreya rəsmisi qeyd edib ki, Rusiya-Ukayna müharibəsi dünyada ərzaq zəncirinə mənfi təsir göstərib: "Buna baxmayaraq biz ölkəmizdə sabit artımı davam etdirməliyik. Azəbaycanla Cənubi Koreya arasında ticarət dövriyyəsinin həcmi azdır. Bunun səbəbi ölkələrin fərqli coğrafiyada yerləşməsidir. Bu ilin yayında Koreyada sərgi keçiriləcək. Azərbaycan şirkətləri bu sərgidə iştirak edərək Koreya bazarına giriş daxil ola bilərlər", - deyə o qeyd edib.