logo

Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq

10:10 04-03-2024 | icon 1120
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq

“Digah” QPS-də “Balaxanı Sənaye” kollektorundan qidalanan “Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi ilə əlaqədar bu gün saat 10:30-dan etibarən “Sərdarov zavodu (Əhali)” orta təzyiqli qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən YeniAvropa-ya bildirilib ki, təmir işləri aparılan müddətdə Binəqədi rayonunun Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.