Rusiyanın “İrAero” aviaşirkəti aprel ayında Omskdan Bakıya birbaşa reysə başlayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Omsk aeroportu” məlumat paylaşıb.
““IrAero” şirkəti Omsk-Bakı birbaşa aviareysinin bilet satışına başlayıb. Azərbaycanın paytaxtına ilk uçuş aprelin 2-də baş tutacaq”, - deyə məlumatda bildirilir.
Uçuş proqramı oktyabrın 22-dək bəyan edilib. Reyslər həftədə bir dəfə SSJ 100 təyyarəsi ilə həyata keçiriləcək.
Bakıdan uçuş bazar ertəsi yerli vaxtla 21:20-də həyata keçiriləcək, Omsk şəhərinə eniş çərşənbə axşamı saat 02:50-də olacaq. Omskdan təyyarə çərşənbə axşamı saat 04:00-da qalxacaq, saat 05:30-da Heydər Əliyev Hava Limanına eniş edəcək.
Həmçinin, aeroportun məlumatında qeyd olunub ki, son dəfə Omsk-Bakı reysi 2014-cü ildə həyata keçirilib.