Türkiyə-Azərbaycan Universitetinin binası üçün Bakıda bir neçə binaya baxış keçiriləcək.
YeniAvropa xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, tələbə sayı növbəti illərdə artarsa, yeni kampus tikilə bilər: “Hazırda universitet üçün bina ayrılmayıb. Yaxın bir həftə ərzində bina haqqında məlumat veriləcək”.