logo

KOBİA və Rusiya tərəfi ilə əməkdaşlıq sənədləri imzalayıb

10:30 29-02-2024 | icon 1827
KOBİA və Rusiya tərəfi ilə əməkdaşlıq sənədləri imzalayıb

Rusiyanın Stavropol vilayətinin Mineralnı Vodı şəhərində keçirilən XII Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın müvafiq qurumları arasında iki sənəd imzalanıb.

KOBİA-dan YeniAvropa-ya bildirilib ki, Azərbaycan və Stavropolun kiçik və orta sahibkarlıq subyektləri arasında ticarət və investisiya əməkdaşlığını təşviq etmək məqsədilə KOBİA və Stavropolun Ticarət və Sənaye Palatası arasında imzalanmış Anlaşma Memorandumunda KOB sahəsində yeniliklərə, dəstək və xidmətlərə dair qarşılıqlı məlumat və təcrübə mübadiləsi, işgüzar missiyaların təşkili, birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

KOBİA və Rusiyanın "Qafqaz.RF" Səhmdar Cəmiyyəti arasında imzalanmış Anlaşma Memorandumunda isə KOB-ların dəstəklənməsi üçün qarşılıqlı məlumatlandırma, KOB-lar arasında əlaqələrin qurulmasına və inkişafına köməyin göstərilməsi, birgə layihələrin və investisiya təşəbbüslərinin reallaşdırılması üçün işgüzar dairələrə dəstək və s. istiqamətlərdə əməkdaşlıq tədbirləri öz əksini tapıb.