logo

Sergey Lavrov Türkiyəyə səfər edəcək

14:44 28-02-2024 | icon 2037
Sergey Lavrov Türkiyəyə səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Antalya şəhərində keçiriləcək III Diplomatiya Forumunda iştirak edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

O qeyd edib ki, Sergey Lavrov martın 1-3-də Türkiyənin Antalya şəhərində keçiriləcək III Diplomatiya Forumunda iştirak edəcək.

Zaxarovanın sözlərinə görə, rusiyalı nazir Türkiyə XİN-in başçısı ilə danışıqlar aparacaq. Tərəflər Cənubi Qafqaz, Ukrayna, Suriya, eləcə də  Liviyadakı vəziyyəti, habelə Fələstin-İsrail münaqişəsini müzakirə edəcəklər.