Bakıda 29-cu “InterFood Azerbaijan” sərgisi keçiriləcək
Bu ilin mayında Bakı şəhəri ölkənin qeyri-neft sektorunda prioritet sahələrdən olan kənd təsərrüfatı və qida sənayesi üzrə beynəlxalq sərgilərə ev sahibliyi edəcək. Sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
“Iteca Caspian”dan YeniAvropa-ya bildirilib ki, sərgilərdə əhatə olunan sənaye sahələrinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. Uzun illərdir ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini ziyarət edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2023-cü ildə də Bakı Ekspo Mərkəzdə sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olub. Ölkə rəhbərliyi tərəfindən sərgilərə göstərilən xüsusi diqqət, ölkə başçısının sərgini ziyarət etməsi kənd təsərrüfatı və qida sənayesinin inkişafına və bu sahədə biznes əlaqələrinin genişləndirilməsinə əlavə təkan verib.
Sərgilərin çoxsaylı dövlət qurumları tərəfindən dəstəklənməsi və hər il ziyarət edilməsi də bu sərginin ölkəmiz və bütövlükdə region üçün böyük əhəmiyyətindən xəbər verir. Qeyd etmək lazımdır ki, “Caspian Agro” sərgisində Kənd Təsərrüfatı Nazirliyi də fəal iştirak edir və tədbiri yaxından dəstəkləyir.
2023-cü ildə rekord sayda iştirakçı auditoriyasına sahib olmuş sərgi Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə edib. Bu uğurun davamı olaraq, 2024-cü ildə də müxtəlif ölkələrdən çoxsaylı şirkətlərin sərgilərə qatılması nəzərdə tutulur. Hazırda Bakı Ekspo Mərkəzinin həm açıq, həm də qapalı sahələrinin əksər hissəsi sərgi iştirakçıları tərəfindən tutulub.
“Caspian Agro” regionun ən böyük kənd təsərrüfatı sərgisidir. Aqrar-sənaye sektoru iqtisadiyyatın sürətlə inkişaf edən və böyük perspektivləri olan sahəsidir. Sərgi yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir araya toplayacaq. Sərgi iştirakçıları arasında Azərbaycanla yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya Federasiyası, Serbiya, Türkiyə şirkətləri yer alacaq.
Üç gün davam edəcək “Caspian Agro”nun əsas bölmələrinə kənd təsərrüfatı texnikası, kənd təsərrüfatı obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, meyvə və tərəvəzlərin yetişdirilməsi daxildir.
“Caspian Agro” ilə paralel olaraq, Xəzər regionunda qida sənayesi nümayəndələrinin əsas görüş yeri olan 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan” təşkil ediləcək. Sərgidə Azərbaycanla yanaşı, Belarus, Çin, Hindistan, İran, İtaliya, Polşa, Rusiya Federasiyası, Şri-Lanka, Tayland, Türkmənistan, Türkiyə və Venesueladan olan şirkətlər təmsil olunacaqlar. “InterFood Azerbaijan” − sərgi iştirakçılarının öz məhsullarının real satışını həyata keçirdikləri, öz şirkətləri üçün distribütorlar və nümayəndələr tapdıqları fürsət məkanıdır. Vahid platformada dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət məmulatları, süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim olunacaq.
Ənənəvi olaraq, sərgilər çərçivəsində ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçiriləcək. Burada yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edə biləcəklər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edəcəklər.
2024-cü ildə keçiriləcək sərgidə ilk dəfə olaraq “Agro Hackathon” müsabiqəsi keçiriləcək. Sözügedən müsabiqədə proqram tərtibatçıları, interfeys dizaynerləri və kompüter proqramçılarından təşkil olunan komandalar bir araya gələrək kənd təsərrüfatı sahəsinə aid texnoloji həllər tapacaq və yeni layihələr ərsəyə gətirəcəklər. Qalib komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Bundan başqa, sərgilərdə ətraf mühitə zərərli təsirlərin ixtisar olunması istiqamətində səmərəli yolların axtarışı baxımından kənd təsərrüfatının dayanıqlı intensivləşdirilməsi və iqlim dəyişikliyi (Sustainable Agriculture and Climate Change) konsepsiyası özəlliklə vurğulanacaqdır. Bu konsepsiya aqrar sahədə məhsul istehsalının artırılması və eyni vaxtda ekologiyanın qorunması arasında tarazlığın yaradılmasına yönəldilib. Kənd təsərrüfatının dayanıqlı intensivləşdirilməsi və iqlim dəyişikliyi konsepsiyası sərginin loqosunda da öz əksini tapmışdır.
Sərgilərin tədbirlər proqramı çərçivəsində hər il mütəmadi olaraq keçirilən "Qızıl Şah" Milli Kulinariya Çempionatı baş tutacaq. 2024-cü ildə ilk dəfə olaraq, bu çempionat çərçivəsində “Beynəlxalq Kulinariya Çempionatı” təşkil olunacaq və bu yarışmada 7 müxtəlif ölkədən kulinarlar, eləcə də 15 ölkədən beynəlxalq hakimlər iştirak edəcəklər. Bundan başqa, sərginin təqdimat zonasında “Beynəlxalq Aqrar İnnovasiyalar Forumu” təşkil olunacaqdır. Forumda "Dayanıqlı kənd təsərrüfatının inkişafı iqlim dəyişikliyində”, “Kənd təsərrüfatında davamlı su idarəetməsi üçün innovativ yanaşmalar", "Kənd təsərrüfatında rəqəmsal biliklərin artırılması" və digər mövzular müzakirə olunacaq.
Beləliklə, sərgilərdə iştirak edən şəxslər yeniliklərlə tanış olmaq, ixtisaslı mütəxəssislərlə məsləhətləşmək və müxtəlif iştirakçıların təkliflərini nəzərdən keçirmək imkanı əldə edəcəklər.
Sərgilərin rəsmi dəstəkçiləri Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır (FAO).
“Caspian Agro” sərgisinin sponsoru “traktor.az” və “Rostselmash” şirkətləridir.
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Eyni zamanda, sərgilər Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Sərgilər haqqında ətraflı məlumatı https://caspianagro.az və https://interfood.az rəsmi internet səhifələrindən əldə etmək mümkündür.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib