Rusiya FTX-nin sərhəd xidmətinin əməkdaşları "Zvartnots" hava limanında fəaliyyətini dayandırmalıdır.
YeniAvropa xəbər verir ki, bu barədə brifinqdə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib və bildirib ki, bununla bağlı müvafiq qərarı respublika hakimiyyəti verməlidir.
“Mən belə bir müzakirədə iştirak etməmişəm, amma hesab edirəm ki, Rusiya sərhədçiləri oradan getmələri düzgün olardı. Çünki onların ölkəmizin sərhədlərini qoruyacaqlarına əmin deyiləm”, - deyə Alen Simonyan vurğulayıb.