logo

KTMT-də üzvlüyün “dondurulması” rejimi yoxdur-Kreml

16:16 26-02-2024 | icon 2212
KTMT-də üzvlüyün “dondurulması” rejimi yoxdur-Kreml

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyün “dondurulması” rejimi mövcud deyil.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Müvafiq sənədlərə baxsaq görərik ki, KTMT-nin planında belə rejim mövcud deyil. Təmas saxlayacağıq, aydınlaşdıracağıq”, -deyə D.Peskov jurnalistlərə bildirib.

O əlavə edib ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı mövqeyi də hələ aydın deyil.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-də üzvlüyünü “dondurduğunu” bəyan edib.

Bunun ardından isə KTMT-nin bəyanatında bildirilib ki, üzvlüyü dayandırılması ilə bağlı İrəvandan təşkilata hər hansı bir müraciət daxil olmayıb.