Rusiya Prezidenti Vladimir Putinin seçkilərə qədər Türkiyəyə işgüzar səfəri olmayacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Seçkiöncəsi qrafik sıx və kifayət qədər gərgindir. Amma ən yüksək səviyyədə təmaslara hazırlıq gedir. Bu təmaslar prezidentlərin iş qrafikinə tam uyğun olan vaxtda baş tutacaq”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, daha öncə Türkiyə mətbuatının yaydığı məlumata görə V.Putinin Türkiyəyə səfəri fevralın 12-nə planlaşdırılırdı.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 17-nə təyin edilib.