logo

İspaniyada rusiyalı oliqarxlara məxsus 357 daşınmaz əmlak, 7 yaxta və 10 təyyarə aşkarlanıb

13:53 23-02-2024 | icon 1568
İspaniyada rusiyalı oliqarxlara məxsus 357 daşınmaz əmlak, 7 yaxta və 10 təyyarə aşkarlanıb

İspaniya Mülki Qvardiyası ölkədə Avropa sanksiyalarına məruz qalan rusiyalı biznesmenlərə aid 357 daşınmaz əmlak, 7 yaxta və 10 təyyarə aşkarlayıb.

YeniAvropa  EFE agentliyinə istinadla xəbər verir ki, krallığın hüquq-mühafizə orqanları, həmçinin sanksiya siyahısına daxil edilən rusiyalılara məzsus 450-dən çox aktivi üzə çıxarıb. Buraya yüz milyonlarla avro dəyərində daşınmaz əmlak və digər aktivlər daxildir.

Bir müddət öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın aktivlərinin müsadirəsi ilə bağlı Qərb ölkələrinin fəaliyyətlərinin beynəlxalq hüquq normalarına zidd olduğunu və bunu qanuniləşdirmək cəhdlərinin uğursuzluqla nəticələnəcəyini bəyan edib.

Xatırladaq ki, fevralın 21-də Avropa İttifaqı ölkələrinin səfirləri Ukrayna müharibəsinin ildönümündə (24 fevral) qüvvəyə minəcək Rusiya əleyhinə 13-cü sanksiyalar paketi ilə bağlı razılığa gəlib.