Avropa İttifaqı ölkələri ötən ilin dördüncü rübündə Rusiyadan neft idxalını 3 faizə endirib.
YeniAvropa xəbər verir ki, Avropa İttifaqının statistika idarəsinin (Eurostat) məlumatına görə, 2023-cü ilin dördüncü rübündə Avropa İttifaqına ən böyük neft tədarükçüləri ABŞ (16 faiz), Norveç (11 faiz), Qazaxıstan (9 faiz), Səudiyyə Ərəbistanı (7 faiz), Liviya (6 faiz), İraq (6 faiz) və Nigeriya (6 faiz) olub. Bir il öncə Rusiya neftinin Avropa bazarındakı payı ümumi həcmin 15 faizini təşkil edirdi.
2023-cü ilin son rübündə Rusiyanın Avropa İttifaqının təbii qaz idxalında payı da azalaraq 2021-ci ildəki 33 faizdən 13 faizə enib. Burada aparıcı təchizatçılar ABŞ (22 faiz), Norveç (21 faiz) və Əlcəzairdir (18 faiz).