logo

"Enerji keçidi”ndə Azərbaycan ABŞ-la əməkdaşlıq edəcək

14:14 22-02-2024 | icon 1533
"Enerji keçidi”ndə Azərbaycan ABŞ-la əməkdaşlıq edəcək

Azərbaycan “enerji keçidi”ndə ABŞ-nin laboratoriyası ilə əməkdaşlıq sahələrini müəyyənləşdirib.

YeniAvropa xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Denverdə enerji transformasiyasını sürətləndirən elmi-texnoloji prosesə töhfə verən Milli Bərpa Olunan Enerji Laboratoriyasının fəaliyyəti ilə tanış olduq. Azərbaycanın “enerji keçidi” kursunun həyata keçirilməsində laboratoriya ilə əməkdaşlıq sahələrini müəyyənləşdirdik”, - deyə nazir bildirib.