logo

300-dən çox müxalifət fəalı həbsdən buraxılıb

15:55 21-02-2024 | icon 2051
300-dən çox müxalifət fəalı həbsdən buraxılıb

Seneqal hakimiyyəti son altı gün ərzində müxalifət partiyalarının və icma qruplarının 344 fəal üzvünü həbsdən azad edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Seneqalın ədliyyə naziri Aysata Tal Sal məlumat verib. Nazir yaxın günlərdə daha 272 nəfərin azadlığa buraxıla biləcəyini deyib. Lakin Seneqal müxalifətinin lideri Osman Sonkonun azad edilib-edilməyəcəyi hələlik bəlli deyil.

Məhbusların həbsxanadan buraxılması prosesi fevralın 16-dan - Seneqal Konstitusiya Məhkəməsi parlamentin prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə təxirə salınması barədə qərarını ləğv etdikdən bir gün sonra başlayıb. Konstitusiya Məhkəməsi dövlət başçısının və parlamentin qərarlarını qanunsuz elan edərək, seçkilərin tezliklə keçirilməsini istəyib.

Konstitusiya Məhkəməsinin qərarı ilə razılaşan dövlət başçısı hazırda yeni seçki tarixini təyin etmək üçün danışıqlar aparır. Müxalifət isə öz növbəsində seçkilərin ən geci aprelin 2-dək baş tutmasını tələb edir.