logo

Stavropolda Rusiya-Azərbaycan regionlararası forum keçiriləcək

16:26 19-02-2024 | icon 826
Stavropolda Rusiya-Azərbaycan regionlararası forum keçiriləcək

Fevralın 28-də Stavropol diyarında XII Rusiya-Azərbaycan regionlararası forum keçiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilir ki, forum iqtisadiyyat sahəsində Rusiya və Azərbaycan regionlarının işgüzar və ekspert dairələrinin təmsilçilərini bir araya gətirən ən irimiqyaslı ikitərəfli kütləvi tədbirlərdən birinə çevriləcək.

Forumun təşkilatçısı qismində Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi çıxış edir.

Forumun proqram layihəsi plenar iclasın və dörd tematik panel sessiyasının keçirilməsini nəzərdə tutur. Tədbirdə Rusiya ilə Azərbaycan arasında sənaye, nəqliyyat-logistika, ekologiya, kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın və kooperasiyanın genişləndirilməsi məsələləri müzakirə olunacaq.