logo

Güzəştli ipoteka kreditləri üçün müraciətlərin qəbuluna başlanılır

11:11 19-02-2024 | icon 1421
Güzəştli ipoteka kreditləri üçün müraciətlərin qəbuluna başlanılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu 2024-cü il üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlayır.

Fonddan YeniAvropa-ya bildirilib ki, müraciətlər fevralın 23-ü saat 11:00-dan etibarən Elektron Hökumət Portalına (www.e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə real vaxt rejimində qəbul ediləcək. İpoteka kreditləşməsinin şərtləri və elektron sistemdən istifadə ilə bağlı məlumatları Fondun internet səhifəsindən (https://mcgf.gov.az/menu/205) və rəsmi yutub kanalından https://www.youtube.com/@ipotekavekreditzemanetfondu) əldə etmək olar.

Xatırladaq ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna fevralın 2-dən başlanılıb və hazırda proses davam etdirilir.