“Azercell Biznes” tətbiqinin funksional imkanları genişləndirildi!
Yenilənmiş “Azercell Biznes” ilə korporativ nömrələrə mərkəzləşdirilmiş nəzarət indi daha asan oldu!
Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etməyi hədəfləyən lider mobil operator “Azercell Biznes” tətbiqində özünəxidmət funksiyalarını genişləndirir. Korporativ abunəçilərin məsul şəxsləri tərəfindən idarəolunan bu tətbiq vasitəsilə nömrələr üzərində aparılan əməliyyatları indi daha rahat və operativ şəkildə həyata keçirmək mümkündür.
Rəqəmsal yenilikləri hər kəs üçün əlçatan etməyə çalışan şirkət bu platforma çərçivəsində mühüm yenilik təqdim edir. Belə ki, görmə qabiliyyəti məhdud olan şəxslər də tətbiqdən rahatlıqla yararlana bilərlər. Bunun üçün Android cihazlarda “TalkBack”, “iPhone”larda isə “VoiceOver” funksiyasını aktivləşdirmək kifayət edir.
Eyni zamanda, korporativ yönümlülüyü, funksionallığı və innovativ dizaynı ilə seçilən “Azercell Biznes” bir çox yeni xidmət çeşidini təklif edir:
- Mükəmməl istifadəçi təcrübəsi üçün “Qaranlıq rejim”dən yararlanmaq imkanı;
- Ödəniş tarixçəsinin əldə edilməsi və qruplaşdırılması imkanı;
- Hədiyyə qismində göndərilən balans (“Paycell”) tarixçəsinin əldə edilməsi və qruplaşdırılması imkanı;
- Zənglərin yönləndirilməsi xidmətindən yararlanmaq imkanı;
- “Gizlicell”/”Gizlətcell” xidmətlərindən yararlanmaq imkanı;
- Bildirişləri aktiv etmək və idarə etmək imkanı – tətbiq çərçivəsində daxil olan bildirişləri silmək, “oxunmuş” kimi işarələmək, bildirişləri aktiv/deaktiv etmək və s. mümkündür;
- Korporativ nömrələrdə müxtəlif əməliyyatların yerinə yetirilməsi üçün tələb olunan məktub nümunələrinin yüklənilməsi imkanı;
- Rəqəmsal jurnal vasitəsilə xüsusi təkliflər, ən son yeniliklər barədə daima xəbərdar olmaq, məlumatları birbaşa tətbiqdən digərləri ilə paylaşmaq və yükləmək imkanı;
- Tətbiqin “Kömək və dəstək” bölümündə “Tez-tez verilən suallar”a cavablarla tanış olmaq, korporativ abunəçilər üçün ayrılmış xüsusi dəstək bölümü və onlayn müştəri xidmətləri ilə əlaqə saxlamaq imkanı.
Xatırladaq ki, platforma müştəri məlumatlarının məxfiliyini və əməliyyatların təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Belə ki, tətbiq daxilində paylaşılan bütün mesajlar, ödəniş detalları, fayllar və məlumatlar ən müasir şifrləmə texnologiyası vasitəsilə qorunur.
Müxtəlif istifadəçi bazasına xidmət edən rəqəmsal platforma Azərbaycan, rus və ingilis dillərini dəstəkləyir.
Korporativ nömrələri vahid məkandan idarə etmək imkanı verən “Azercell Biznes” tətbiqini ödənişsiz əsaslarla “AppStore”, “Google Play” və "AppGallery"dən yükləmək mümkündür.
Tətbiqin bütün funksiyaları ilə “Azercell Biznes” səhifəsinə keçid edərək tanış ola bilərsiniz.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib