Kremlin tənqidçisi, tanınmış müxalifətçi Aleksey Navalnı həbsxanada vəfat edib.
YeniAvropa "Euronews" telekanalına istinadla xəbər verir ki, Yamal-Nenets Muxtar Vilayətinin Penitensiar Xidmətinin məlumatına əsasən, 2024-cü il fevralın 16-da 3 saylı cəzaçəkmə koloniyasında məhkum A.A.Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib.
“Təcili tibbi yardım briqadası reanimasiya tədbirləri həyata keçirsə də, bu, müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər”, - deyə məlumatda bildirilir.