Binəqədi rayonu, Binəqədi-Biləcəri şosesində yerləşən 39 mənzilli çoxmərtəbəli yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən YeniAvropa-ya bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vulkan yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.