logo

Macarıstan Aİ-nin Rusiyaya qarşı sanksiyalar paketini bloklayır

09:00 16-02-2024 | icon 2506
Macarıstan Aİ-nin Rusiyaya qarşı sanksiyalar paketini bloklayır

Rəsmi Budapeşt Rusiyadan və başqa ölkələrdən onlarla fiziki və hüquqi şəxsə aid edilə biləcək Avropa İttifaqının növbəti - 13-cü sanksiyalar paketini bloklayıb.

YeniAvropa  “Financial Times”da dərc olunan məqaləyə istinadla xəbər verir ki, Macarıstanın rəsmi nümayəndəsi Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşdə buna qarşı çıxan yeganə adam olub.

Məqalədə deyilir ki, Rusiya, Çin və başqa ölkələrdən təxminən 200 nəfərə və təşkilata qarşı yönələn sanksiyalar paketi əks halda qəbul oluna bilərdi.