logo

UEFA Avropa Liqası: "Qarabağ" Portuqaliyada tarixi qələbə qazanıb

01:58 16-02-2024 | icon 1589
UEFA Avropa Liqası: "Qarabağ" Portuqaliyada tarixi qələbə qazanıb

"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

YeniAvropa xəbər verir ki,  Azərbaycan çempionu Portuqaliyada "Braqa"nın qonağı olub.

“Munisipal” stadionunda oynanılan görüşü danimarkalı baş hakim Morten Kroq idarə edib. İlk dəfə Avropa Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" səfərdə tarixi qələbə qazanıb - 4:2.

Hesabı 21-ci dəqiqədə Ağdam klubunun yarımmüdafiəçisi Marko Yankoviç açıb. Monteneqrolu futbolçu penalti zərbəsini dəqiq yerinə yetirib. Meydan sahibləri 44-cü dəqiqədə Simon Banzanın vurduğu qolla tarazlığı bərpa ediblər. İlk hissə bu hesabla başa çatıb.

İkinci yarıya da üstün başlayan "Qarabağ" 54-cü dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Abdullah Zubir cərimə meydançasındakı qarışıqlıqdan məharətlə yararlanaraq Mateusun qoruduğu qapıya yol tapıb. Cəmi 9 dəqiqə sonra Olavio Juninyo braqalıları yenidən meydanın mərkəzinə dəvət edib. 69-cu dəqiqədə Zubir özünün 2-ci, komandasının 4-cü qoluna imza atıb. Matçda son nöqtəni 90+1-ci dəqiqədə penaltidən fərqlənən Joau Moutinyu qoyub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.