Müharibədən sonra Ukraynanın bərpasına indiki halda təxminən 453 milyard avro vəsait lazımdır.
YeniAvropa xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.
“Ukrayna hökuməti, Dünya Bankı, Avropa Komissiyası və Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu gün dərc olunan yeni qiymətləndirilməyə görə, Ukraynada bərpa işlərinə 486 milyard dollar lazım gələcək”, - deyə sənəddə bildirilir.
Həmin məbləğin böyük hissəsi – 17 faizi mənzil fonduna, 15 faizi nəqliyyat sektoruna, 14 faizi ticarət və sənaye sahəsinə, 12 faizi kənd təsərrüfatının bərpasına, 10 faizi enerji infrastrukturunun təmirinə, 9 faizi sosial müdafiəyə, 7 faizi isə ərazilərin minalardan təmizlənməsinə ayrılmalıdır.