Azərbaycanın qadın şahmatçısı Gülnar Məmmədova beynəlxalq yarışda gümüş medal qazanıb.
YeniAvropa xəbər verir ki, 33 yaşlı qrosmeyster “Swiss Queens Wednesday” onlayn turnirində ikinci yeri tutub.
Yarışda 8,5 xal toplayan G.Məmmədova yalnız rusiyalı Anastasiya Bodnarukdan (9,5) geri qalıb.
İlk “üçlüy”ü Azərbaycan təmsilçisi ilə eyni xala malik hindistanlı Harika Dronavalli tamamlayıb.