logo

Nikola Sarkozi 6 ay həbs cəzasına məhkum edilib

20:10 14-02-2024 | icon 2065
Nikola Sarkozi 6 ay həbs cəzasına məhkum edilib

Paris Apellyasiya Məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini 2012-ci il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı iş üzrə 6 ay həbs cəzasına məhkum edib.

YeniAvropa xəbər verir ki, bu barədə "LCI" telekanalı məlumat yayıb.

Məhkəmə sabiq prezidentə, həmçinin daha altı ay şərti həbs cəzası verib.

Xatırladaq ki, Nikola Sarkozi 2012-ci il prezident seçkisi kampaniyasını maliyyələşdirmək üçün icazə verilən həddi aşmaqda ittiham olunub. Yəni maliyyələşmə 18 milyon avro əvəzinə 22,5 milyon avro təşkil edib. Fransanın sabiq lideri günahını boynuna almasa da, məhkəmə onun xərclərə qəsdən nəzarət etmədiyini müəyyənləşdirib.